Azərbaycanda Ən Ucuz Məhsul Qiymetleri Haradadır?

Qiymeti.Net saytı Azərbaycanın “Comparison Shopping Website” kimi fəaliyyət göstərən ilk saytıdır. 2014-cü ildə yaradılan sayt fəaliyyətə başladığı ilk günlərdən aktiv internet istifadəçiləri tərəfindən bəyənilmişdir. Sayt elə həmin istifadəçilərin istək və təkliflərini nəzərə alaraq daima yenilənmiş və yenilənməkdə də davam edəcəkdir. Hədəfimiz saytın daha da böyüyərək daha geniş istifadəçi kütləsini əhatə etməsidir.

Sayt üçün müqayisəli alış-veriş saytı deyərkən həm çeşidli məhsulların qiymetleri (məsələn, bu səhifədə ən ucuz telefon qiymetleri ilə tanış ola bilərsiniz), həm də xüsusiyyətlərinin müqayisəsi imkanları nəzərdə tutulur. Belə ki burada mağazalarda satışda olan müxtəlif kateqoriyadan məhsulların qiymətlərini qarşılaşdıraraq ən ucuzunu seçmək fürsətiniz olacaq. Eyni zamanda sizi maraqlandıran hər hansı məhsulun hansı mağazada satışda olduğunu da saytın axtarış sistemi ilə qısa zamanda öyrənə biləcəksiniz. Beləliklə ən ucuz məhsulu seçməklə həm büdcənizə qənaət edəcək, həm də internet məkanında daha az zaman itirmiş olacaqsınız. Hər ikisinin günümüzdə nə qədər əhəmiyyətli amil olduğunu isə hamımız bilirik.

“Qiyməti” saytında ayrıca hər bir məhsulun xüsusiyyətləri haqqında kifayət qədər məlumat verilir. Bu da fərqli markadan olan çeşidli məhsulları qarşılaşdıraraq seçim edə bilmənizə imkan yaradır. Eyni zamanda sizi dağınıq internet resursları içərisində axtarış edərək enerji və zaman israfından qurtarmış olur. Saytımızıda telefon, planset, televizor, kondisioner, noutbuk, soyuducu, paltaryuyan, fotoaparatmebel kimi müxtəlif məhsulların qiymetleri mövcuddur. Saytımıza mütəmadi olaraq yeni kateqoriyalar əlavə edilir.

Sony qulaqciq qiymeti  Paltaryuyan qiymetleri

Müxtəlif parametrlərə görə filtr özəlliyindən istifadə edərək seçiminizi daha konkret istiqamətdə sadələşdirə bilərsiniz. Saytda iPhone 13 kimi son model məhsulların qiymeti ilə tanış ola bilərsiniz. Qiymeti çubuğundan istifadə edərək büdcənizə uyğun bir məhsul seçmə yönündə axtarış çərçivəsini daraltmış olarsınız. Saytdakı mövcud kateqoriyalar üzrə yazılmış məqalələr məhsul seçimində doğru qərar vermənizə yardımçı olacaq. Bu, geniş spektrdəki məhsul təklifini nəzərə alarsaq çox işinizə yarayacaq. Həqiqətən də məşhur firmaların rəqabət mühitində daima yeni məhsullar istehsal etmələri bazardakı çeşidliliyi təqib edə bilməmizi getdikcə daha da çətinləşdirir. Bu çeşidliliyin mağazalarımızda da öz əksini tapması ilə alıcılara seçim etmə imkanlarını sadələşdirən Qiyməti.Net saytı bundan sonra da daha çox kateqoriya üzrə məhsullarla istifadəçilərini sevindirəcək.

Smart saat qiymeti  Qulaqciq qiymetleri   Noutbuk qiymetleri

Qiymeti.Net saytında sadəcə məhsul seçimi etməyəcək, həm də seçdiyiniz məhsulu evinizdən çıxmadan əldə edə biləcəksiniz. Bunu sayt vasitəsilə birbaşa mağazalara keçid etməklə reallaşdırmaq mümkündür. Keçid etdikdən sonra seçimini etdiyiniz mağazadan online alış-veriş edə bilərsiniz. Beləliklə mağaza-mağaza gəzmənizə ehtiyac qalamayacaq, oturduğunuz yerdən bir tıklama ilə bəyəndiyiniz məhsula nağd və ya kredit yolu ilə sahib ola biləcəksiniz.

Saytımızın sizin üçün faydalı olacağını düşünür, xidmətlərimizdən böyük həvəslə istifadə edəcəyinizə ümid edirik. Eyni zamanda istifadəçilərimizin istək və təkliflərini də hər zaman dəyərləndirərək xidmətin səviyyəsini getdikcə yüksəltməyi hədəfləyirik. Öncəliyimiz isə hər zamankı kimi yenə də sizsiniz hörmətli istifadəçilər. Saytımıza daxil olaraq istədiyiniz məhsulun qiymeti haqqında məlumat əldə edin.

 

Yorum yapabilirsiniz